Vəfa Abasova

Vəfa Abasova

Salam mənim adım Vəfa
Uşaqlıqdan həmişə yaşayışın sadəcə dünyadan ibarət olmadığına ve kainatda daha çox yaşamların olduğuna inanmışam

2015-dən bu vaxta kimi kainat, ruhsal biliklər, psixologiya haqqında araşdırmaga başladım. Hələdə buna davam edirəm hər dəfə yeni biliklər öyrənmək və var olmağımın nə qədər dəyərli olduğunu bilmək məni çox sevindirir.☀️

Psixoloq axtarışına çıxmışdım və qarşıma Rəna çıxdı bu zaman 06.10.2021 tarixində 1 aylıq seans götürdüm və seans müddətində Rəna ilk kursu olacağını elanını verdikdə vaxt itirmədən kursa yazıldım hətta çox sevincli idim həm psixologiya haqqında məlumatım olacaqdı həmdə özümə terapiya edə biləcəkdim. Və o gün gəldi 08.11.2021 tarixindən artıq Psixologiya sahəsini daha dərindən öyrənməyə başladım.Bu müddətdə həyatımda baş verən problemlərin çoxunun əslində məndən qaynaqlandığını gördüm.Kurs boyu daxilimdə, ailəmdə, ətrafımda çox dəyişikliklər oldu. Dəyişimlərim rahat olmadı amma sonda özümü daha çox tanımağa başladım, həyatımda nələri istəyib istəmədiyimin fərqindəydim artıq. Bu zaman məndə özünü dəyişmək istəyən insanların həyatına işıq tutmalı olduğumu hiss etdim? Əgər səndə özünü dəyişmək istəyirsənsə gəl səni gözləyirik…✨