Nisə Rüstəmova

Nisə Rüstəmova

Mən Nisə Rüstəmova. 1989-cu ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşam. 1996-2007-ci illərdə Vəndam N°1 orta məktəbini bitirmişəm. Daha sonra ibtidai sinif müəlliməliyi ixtisası üzrə təhsil almışam. 2014-cu ildən Isveçde yaşamağa başlamışam. Müəyyən bir dönəm oldu ki, psixoloqa ehtiyac hiss etdim və Rəna xanımla tanış oldum. Fərdi seanslarla bərabər Rəna xanımın fəqli mövzularda olan marafonlarına qatılmağa başladım. Sonradan Rəna xanımın "Ruhi oyanış məbədi" adlı 8 aylıq psixologiya kursu başladı və mən də bu kursun 1-ci yığımında yer aldım. Kursa özümü terapiya üçün və övladlarımla daha sağlam münasibət qurmaq məqsədi ilə qatıldım. Amma kurs müdəttində bizə praktika üçün daha çox şəraitin yaradılması bizə öz potensialımızı görməyə şərait yaratdı. Bu kursda biz bir çox mövzuları dərindən öyrendik amma bəzi mövzular var idi ki, məni daha çox cəlb edirdi. Bunlardan Reqressiya, Nəsil proqramları ilə işi nümunə kimi göstərə bilərəm. Ona görə mən bu sahədə özümü inkişaf elətdirmək qərarına gəldim və Rəna xanımın digər kurslarına qatıldım- " Qadın oyanışı" " Mənim sağlam münasibətim" " Taleh matritsası" Bundan əlavə Türkiyyənin Boğaziçi Univerisitetinin nəzdində yaradılmış Boğaziçi kampus kursunda təhsil almışam. Təbii ki, bu hələ yolun başlanğıcıdır. Hal hazırda yaşam koçu, reqressoloq kimi fəaliyyət göstərirəm. Və eyni zamanda Rəna xanımınla əməkdaşlıq edərək onun tədris etdiyi "Taleh matritsası" kursunda mentor olaraq fəaliyyət göstərirəm.