Aysel Əliyeva

Aysel Əliyeva

Mən Aysel Əliyeva artıq 3 ildir ki, psixologiya ilə dərindən məşğulam. Bu istiqamətdə ilk addımım şəxsi travmalarımın fərqinə varandan sonra başladı. Həyatımın bütün istiqamətlərində müəyyən qədər uğurlu olsamda bunların heç birinin məni daxilən xoşbəxt etmədiyinin fərqinə vardım, sanki hər addımımda bir yetərsizlik və məcburiyyət hissi var idi, sevgi hissindən isə tamamilə uzaqda yaşamağı seçmişdim fərqindən olmadan, sanki ən rahatı bu imiş kimi. Sonra başladı hərşey, şəxsi, ruhi oyanış yolu. Thetahealing ilə başlanan ruhi - psixoloji inkişaf yolum sonrasında özünü Rəna xanımın “Ruhi Oyanış Məbədi” kursunda tapdı və nə yaxşı ki də tapdı. Təhsil aldığım 8 ay müddətində ilk olaraq mən əslində kim olduğumun fərqinə vardım, özünü qəbullanma və sevmə hissinin nə olduğunu dərk elədim. İçimdəki əsl qadının gücünün onun özünə geri qaytardım. İnsanın ruhu fiziki bədənlə balansda olanda insana gələn azadlıq, rahatlıq və sevgi hissinin nə olduğunu indi ən gözəl şəkildə görə bilirəm. Bütün yaşanan və alınan dərslərdən sonra artıq fərqinə vardım ki, məndə insanlara öz həyat yüklərindən azad olmaqda, onlara daxilən xoşbəxt hiss etmək hissinin nə olduğunu dərk eləməkdə, özünü həyatının mərkəzinə qoymaqda, həyatla dost olmaqda, yaşananları qəbullanmaqda, huzuru hiss etməkdə, axışına buraxmaqda, qadın olaraq özünü qəbul etməkdə, daxili gücünü görüb dəyərləndirməkdə, heçkimnən asılı olmamaqda, şəxsi sərhədlərini tanımaqda, yetkin insan olaraq məsuliyyətlərini dərk etməkdə və bundan qorxmamaqda, partnyorla münasibətləri sağlam şəkildə yaşamaqda, qadınsallıq hissini və qadın enerjilərini özünə qaytarmaqda, qadın olmaqdan zövq almaqdan və ona aid olmayan yükləri sahiblarinə təhvil verməkdə bir sözlə həyatını başdan sona transformasiya etməkdə kömək etməyə tam məəsuliyyətimlə hazıram. Odur ki, çıxdım bu yola və o qədər müxtəlif fərqindəlikli insanlarla qarşılaşıram ki, hər dəfə onlardan gözəl geridönüşlər gəldikcə qəribə bir huzur, rahatlıq gəlir içimə, xoşbəxt oluram. Və nə yaxşı ki burdasan deyirəm özümə. Mən bundan sonra da bir çox insanların xoşbəxtliyinə şahid olmağı niyyət edirəm öz həyatımda çünki bu hiss məni genişləndirir, böyüdür, özümə qaytarır. Olduğum hazırki yerim üçün öncə Yaradana, sonra Rəna xanıma, özümə, ailəmə və məni sevən, dəstəkləyən hər kəsə sonsuz sevgi, minnətdarlıq və şükranlıq hissimi göndərirəm. Əgər səndə hazırsansa gəl!