ranamamishova ranamamishova

Mənim haqqımda

Mən Rəna Məmişova Bakı şəhərində dünyaya gəlmişəm. Orta məktəbi Bakıda bitirdikdən sonra Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsinə daxil olmuşam. Bakalavr təhsilimi tamamlayıb, bu sahədə müəyyən fəaliyyət göstərdikdən sonra Rusiyanın Krasnodar şəhərində olan Ali Praktik Psixologiya institutuna daxil olmuşam. Burada təhsil aldıqdan sonra psixologiya sahəsində fəaliyyətə başlamışam. Bundan əlavə olaraq Kiev Heştalt institutunu, Amerikan Hipnoz, Moskva Psixologiya institutunda Kvant təhsili almişam. Psixologiya mənim həyat tərzimdir. Daha çox həyat missiyamdır. İlk öncə olaraq özümü şəfalandırmaq,öz həyatımda dəyişimləri görmək,həyatımı istədiyim şəkildə dəyişmək, idarə etmək, həmçinin də insanların həyatında dəyişimlərə vəsilə olmaq məni xoşbəxt edir. Ruhi oyanış məbədi psixologiya kursunun müəllifi, Tale Matrissası kursunu Azərbaycanda ilk tədris edən,psixoloq, kouç, reqressoloq, heştalt terapevtəm.



ranamamishova
ranamamishova
ranamamishova

Təhsilim:

  • Krasnodar Ali Praktik Psixologiya İnstitutu
  • Moskva Hipnoz İnstitutu
  • Kiyev Heştalt Terapiya İnstitutu
  • Beynəlxalq Kouç İnstitutu – İCF Beynəlxalq dərəcəli kouç
  • Moskva Psixologiya İnstitutu – Kvant psixoloqu
  • Amerikan Hipnoz Akademiyası
  • Beynəlxalq Bert Hellinqer ailə sistem tənzimləmələri